SAHİBSİZ HEYVANLARA SAHİBLƏNMƏYİN ÜSTÜNLÜKLƏRİ
Dəbdəbəli cins heyvanlarının populyarlığı heç də onların insanlar üçün daha yaxşı kompanyon ola bilməsi demək deyil. Qarışıq cinsli küçə heyvanları cins heyvanlarına xas olan bütün xüsusiyyətlərə malik olması ilə yanaşı (ağıllı, sadiq, gözəl və s.), bir vacib üstünlüyə malikdirlər – onların hər biri özünəməxsus və təkraredilməzdir. Müxtəlif genlərin təsadüfi qarışması nəticəsində küçə heyvanları arasında istənilən rəng, forma və ölçüdə heyvanlar tapa bilərsiz. Küçə mühitində onların həyat yolu, şəraiti, xüsusən də ətrafdakı insanlar onların davranışını formalaşdıran əsas amillərdir, buna görə onların xasiyyət və temperamenti də müxtəlifdir. Bu baxımdan, sahibsiz heyvanlar arasında istənilən zövq və ya həyat tərzi üçün münasib olan heyvan tapmaq asandır.
Himayə bölməsində yerləşdirilən it və pişiklər sterilizasiya edilir, peyvəndlənir, mikroçiplənir və potensial sahibləri üçün tam hazır vəziyyətdə saxlanılır. IACC mütamadi olaraq himayəyə verilən heyvanların profillərini öz internet səhifəsi, Facebook və Instagramda yerləşdirəcək. Mərkəzdə saxlanılan hər bir heyvanın sağlam, rahat və yaxşı qidalanmış olduğuna baxmayaraq, biz bu məxluqların hər birisi üçün daimi bir evin tapılmasını arzulayırıq. Himayə üzrə fəaliyyətimizin səmərəliyi ictimaiyyətin küçə heyvanlarına qarşı rəğbətindən asılıdır. Buna görə IACC bu dördayaqlı dostların gözəl, ağıllı, mehriban və vəfalı olduqlarını, himayənin ağır yük deyil, qarşılıqlı faydası olan bir əməl olduğunu insanlara göstərmək üçün əlimizdən gələni edəcəyik.
EV HEYVANI HİMAYƏYƏ GÖTÜRMƏK İSTƏRDİZ?
- IDEA Heyvanlara Qayğı Mərkəzində özünüz üçün ideal kompanyon tapa bilərsiz.
- Bizim it və pişiklər sağlam, peyvəndli, sterilizasiya edilmiş və mikroçiplidir.
- Heyvanlar ödənişsiz verilir. Sadəcə olaraq şəxsiyyət vəsiqəsi ilə Mərkəzimizə yaxınlaşa bilərsiz.
EV HEYVANINI SATIN ALMAQ ƏVƏZINƏ HIMAYƏYƏ GÖTÜRMƏKLƏ SIZ:
- Küçə heyvanlarının həyatını xilas edirsiz;
- Küçələrdə onların sayının artımasının qarşısını almaqda kömək edirsiz;
- Kommersiya məqsədi ilə qeyri-qənaətbəxs şəraitdə ev heyvanlarının çoxaldılmasının qarşısını almaqda kömək edirsiz;
- Pulunuza qənaət edirsiz.
ALMAYIN, HİMAYƏYƏ GÖTÜRÜN!